İçeriğe geçmek için "Enter"a basın

Avrokuboklar üçün 'Dördlər finalı' təklif olundu

15-03-2020

[r32]

15 Mart, 2020  14:57 xeber – UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici görüşləri üçün “Dördlər finalı” formatına müraciət edə bilər. “Report”un AS nəşrinə istinadən verdiyi məlumata görə, təklifi UEFA-nın baş katibi Corcio Marketti 17 mart toplantısında irəli sürəcək.

Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Beləliklə, turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə cəmi 4 gün kifayət edəcək. Çempionlar Liqasının matçları Türkiyənin İstanbul, Avropa Liqası qarşılaşmaları isə Polşanın Qdansk şəhərində baş tutmalıdır. Array

mənbə :
Report.az

Avrokuboklar ucun ‘Dordler finali’ teklif olundu