İçeriğe geçmek için "Enter"a basın

Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək

15-03-2020

[r32]

15 Mart, 2020  10:47 xeber – “Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, portuqaliyalı xəstəxanalarda işləyəcək həkimlərə və digər işçilərə maaş da verəcək.

Qeyd edək ki, Ronaldu onunla eyni klubun üzvü olan Daniele Ruqanidə təsdiq edilmiş koronavirusa yoluxmaya görə Turinə (İtaliyaya) qayıtmamağa qərar verib.

İtaliyanın Milli Olimpiya komitəsi A seriyasının matçları da daxil olmaqla, 3 aprelə qədər ölkədə bütün idman yarışlarının keçirilməsinə qadağa qoyub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb. Array
mənbə :
Report.az

Ronaldu mehmanxanalarini pulsuz xestexanalar kimi istifadeye verecek