İçeriğe geçmek için "Enter"a basın

Koronavirusun profilaktikasına dair metodiki göstərişlər hazırlandı

14-03-2020

[r32]

14 Mart, 2020  19:54 xeber – Array

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

AQTA-dan “Report”a verilən məlumata görə, göstərişdə qeyd olunub ki, ictimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir.

Belə ki, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi ilə artırıla bilər.

Metodiki göstərişlərin tam mətni ilə buradan tanış ola bilərsiniz. 



mənbə :
Report.az

Koronavirusun profilaktikasina dair metodiki gosterisler hazirlandi