İçeriğe geçmek için "Enter"a basın

Serbiyalı hücumçuda koronavirus aşkarlandı

13-03-2020

[r32]

13 Mart, 2020  22:58 xeber – İtaliya “Fiorentina”sının futbolçusu Duşan Vlahoviçin koronavirus testi müsbət nəticə verib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda serbiyalı hücumçu evindədir. Onun xəstəlik simptomlarının olmadığı bildirilir.

“Fiorentina” qanunla tələb olunan bütün izolyasiya prosedurlarını aktivləşdirib. Vlahoviçlə təmasda olmuş bütün şəxslərin qeydiyyata alınmasına başlanılıb.

Daha əvvəl İtaliyada “Sampdoriya”nın 5 futbolçusu – Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb.

mənbə :
Report.az

Serbiyali hucumcuda koronavirus askarlandi