İçeriğe geçmek için "Enter"a basın

Bakı Olimpiya Stadionundakı idman zalı və fitnes mərkəzi fəaliyyətini dayandırdı

13-03-2020

[r32]

13 Mart, 2020  22:14 xeber – Bakı Olimpiya Stadionu (BOS) ərazisindəki “Olympia Döyüş Klubu” idman zalı və “GYM Olympiyskiy” fitnes mərkəzi qeyri-müəyyən müddətədək fəaliyyətini dayandırır.

BOS-un mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qadağa bu gecədən qüvvəyə minəcək və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi məhdudiyyət aradan qalxdıqdan sonra götürüləcək. Müsafirlərdən yaranmış vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edəcək.

mənbə :
Report.az

Baki Olimpiya Stadionundaki idman zali ve fitnes merkezi fealiyyetini dayandirdi