İçeriğe geçmek için "Enter"a basın

Resul Ceferovun mehkemesi davam etdirilib

24-02-2015


24.02.2015 / 13:14 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses Cahangir Əhmədov və  Nicat İmranlı ifadə verərək özlərini zərərçəkmiş şəxs kimi hesab eləməyiblər. Onlar gördükləri iş müqabilində əməkhaqqı aldıqlarını bildiriblər. Bundan sonra hal şahidləri ifadə verib. Məhkəmə prosesi  martın 5-də davam etdiriləcək.

 

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Mənbə : Lent.az

Resul Ceferovun mehkemesi davam etdirilib