İçeriğe geçmek için "Enter"a basın

Bakıdan münasibət: Gürcüstanın öz işidir

27-10-2015

22:39 xeber – Gürcüstanın baş nazirinin müavini, enerji naziri Kaxa Kaladzenin “Qazprom”la danışıqlar aparması SOCAR-la, ümumiyyətlə Azərbaycanla münasibətlərə təsir etməyəcək.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, dövlət neft şirkətinin vitse-prezidenti Süleyman Qasımov belə bir açıqlama verib.

“Gürcüstan qaz bazarını Dövlət Neft Şirkəti həyata keçirir. Həmin şirkət müxtəlif qiymətə olan Azərbaycan qazını – sosial qazı, kommersiya qazını təchiz edir və bu gün də edir. Burda heç bir problem yaranmayıb. Sadəcə Kaxa Kaladzenin Gürcüstanın özünün müqviləsi əsasında “Qazprom”la danışıqları öz şəxsi işləridir. Və bunun Dövlət Neft Şirkətilə bizimlə münasibətlərə heç bir təsiri yoxdur”, deyə Süleyman Qasımov bildirib.

mənbə :
anspress

Bakıdan münasibet: Gürcüstanın öz işidir