İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda sığorta sektorunda yenilik

27-10-2015

22:18 xeber – Sığorta şirkətlərini yalnız Maliyyə Nazirliyi yoxlayacaq.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ölkə başçısının təsdiqlədiyi və noyabrın 1-dən qüvvəyə minəcək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında qanunda sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı da məqamlar öz əksini tapıb.

Artıq bu yoxlamaları aparacaq qurum konkret olaraq göstərilib. Bu isə Maliyyə Nazirliyidir. Bununla da sığorta sektoruna digər qurumların müdaxiləsinin qarşısı alınacaq.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib ki, bundan sonra müxtəlif qrumların sığorta şirkətlərində apardıqları yoxlamalar azalacaq.

“Nəzərə alsaq ki, hazırda müxtəlif səbəblərdən, ən əsası avtomobil idxalının azalmasına görə, sığorta yığımları aşağı düşüb, bu sektor çətin dövrünü yaşayır. Yoxlamalarla bağlı verilən bu qərarın məhz indiki vaxtda xüsusi əhəmiyyəti var”, deyə Xəyal Məmmədxanlı bildirib.

mənbə :
anspress

Azerbaycanda sığorta sektorunda yenilik