İçeriğe geçmek için "Enter"a basın

MTN generalının oğlu işdən çıxarıldı

27-10-2015

22:05 xeber – MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun “kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.

Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Eldar Mahmudov – keçmiş milli təhlükəsizlik naziri

Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

“Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”, deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

Milli təhlükəsizlik naziri Eldar Mahmodov işdən çıxarıldıqdan iki gün sonra isə qudası – Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb.

Prezident oktyabrın 20-də MTN-lə bağlı növbəti sərəncam imzalayıb. Sərəncamla Mədət Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Həmçinin oxuyun:

Keçmiş nazir Eldar Mahmudovun yeri bəlli oldu

Eldar Mahmudovun qudası da saxlanıldı

Eldar Mahmudov üzə çıxdı

Eldar Mahmudovun daha bir qohumu hədəfdə

“MTN işi” ilə bağlı nazirliyin aparat rəhbəri həbs olundu

mənbə :
anspress

MTN generalının oğlu işden çıxarıldı