İçeriğe geçmek için "Enter"a basın

Musiqili teatrın rekord qıran tamaşası yeniden sehnede

24-02-2015


24.02.2015 / 12:28 xeber –

Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun “Talelər qovuşanda” iki hissəli operettası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində 105-ci dəfə nümayiş olunacaq.

 

Musiqili teatrdan Lent.az-a daxil olan məlumata görə, 105-ci nümayiş fevral ayının 28-də saat 16.00-da baş tutacaq. Vaxtı ilə bu tamaşada mərhum aktyorlar Xalq artisti Elxan Əhədzadə, Əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütviyyə Səfərova rol alıblar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır.

 

Xatırladaq ki, tamaşanın quruluşçu-rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlərdir. Uzun illərdir sevə-sevə izlənilən tamaşadakı rolları Əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova,  Novruz Qartal, Ema Məlikova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Emil Heydərov, Məhərrəm Qurbanov, Elvin Əliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva, Elçin İmanov və başqaları ifa edirlər.

 

Mənbə : Lent.az

Musiqili teatrın rekord qıran tamaşası yeniden sehnede