İçeriğe geçmek için "Enter"a basın

Ərəb şahzadəsi qadınlara seksual təcavüz etdi

27-10-2015

21:07 xeber – Ərəbistan şahzadəsi qadınlara seksual təcavüzdə ittiham olunur.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, şahzadə 3 qadını bir müddət əsirlikdə saxlayaraq, onlara işgəncə verib.

Xarici KİV-lərin məlumatına əsasən, Kaliforniyadan olan üç xanım Səudiyyə şahzadəsi Məcid Abduləziz əl-Səudu seksual təcavüzdə ittiham edirlər. Artıq adları gizli qalan qadınlar adından 29 yaşlı şahzadə Məcid Abduləziz əl-Səuda qarşı iddialar da irəli sürülüb.


Şahzadənin Kaliforniyadakı malikanəsi

Qadınlar qeyd edirlər ki, şahzadə onları bir müddət öz malikanəsində əsir saxlayıb, lüt gəzməyə məcbur edib və onlara təcavüz edib.

“Sən mənim xoşuma gəlirsən, sabah mənim evimdə qonaqlıq olacaq və sən mənim bütün istədiklərimi yerinə yetirəcəksən, yoxsa, səni öldürərəm”, – deyə zərərçəkənlərdən birinə şahzadə bildirib.

İkinci qurban da Məcid Abduləziz əl-Səudun ona təcavüz etdiyini etiraf edib, bunlara son qoymaq xahişinə isə aqressiya ilə cavab verib.


Məcid Abduləziz əl-Səud – Ərəbistan şahzadəsi

“Sən qadın deyilsən! Sən heç kimsən! Mən şahzadəyəm, mən istədiyim hər şeyi edəcəm. Heç kim mənə heç nə edə bilməz”, – deyə Səudiyyə şahzadəsi bəyan edib.

Qadınlar əvvəlcə eyvandan tullanaraq malikanədən qaçmaq istəsələr də, lakin xəsarət alacaqlarından qorxublar. Onlar evdə bir neçə gün keçirməli olublar, bu müddət ərzində şahzadə əyləncələr təşkil edir və kokaindən istifadə edib.

“Əl-Səud sərxoş, aqressiv idi və daima qışqırırdı. Onun gözləri qəzəblə dolu idi”,- məhkəmə çıxarışında qadınlardan biri yazıb.

Polislər malikanəyə gələndə şahzadə “Heç bir xəbər yoxdur, gedin!”, – deyə qışqırıb. Lakin polisin evdə axtardığı araşdırmalardan sonra qadınlar xilas ediliblər.

Hazırda Məcid Abduləziz əl-Səuda qarşı seksual təcavüz, bilərəkdən mənəvi zərər və qanunsuz azadlıqdan məhrum etmə üzrə ittiham irəli sürülüb.

Bundan əvvəl şahzadə sentyabrda seksual zorakılığa cəhd üzrə saxlanılıb, amma sonradan zaminə buraxılıb.


İnsanların öz səhifələrində bu haqda yazı paylaşmaları

mənbə :
anspress

Əreb şahzadesi qadınlara seksual tecavüz etdi