İçeriğe geçmek için "Enter"a basın

İlham Əliyev xalq şairi ilə bağlı sərəncam verdi

27-10-2015

21:00 xeber – Prezident İlham Əliyev görkəmli şair Bəxtiyar Vahabazdə ilə bağlı sərəncam imzalayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin Şəki şəhərində ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün tapşırıqlar verilib.


Bəxtiyar Vahabzadə – Xalq şairi

Xalq şairi 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən – 1934-cü ildə ailəsi ilə Bakıya köçüb. 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).

mənbə :
anspress

İlham Əliyev xalq şairi ile bağlı serencam verdi