İçeriğe geçmek için "Enter"a basın

Rusiya ordusu Suriyada itki verdi (VİDEO, FOTO)

27-10-2015

20:47 xeber – “Məndə Suriyada müqavilə əsasında xidmət edən Rusiya hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yoxdur”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu məlumatı ölkənin Müdafiə Nazirliyindən dəqiqləşdirmək lazımdır.

Sentyabrın 30-dan əməliyyatlara başlayan Rusiya ordusunun əsgərlərinin döyüşlərdə öldürüldüyü barədə dəfələrlə məlumatlar yayılıb. Amma bu məlumatları təsdiq etmək mümkün olmayıb.


Suriyada döyüşən Rusiyanın muzdlu döyüşçüləri

Rusiya rəsmisi təsdiqləməsə də sosial şəbəkələrdə hərbi qulluqçunun döyüşlərdən birində öldürülməsi ilə bağlı şəkillər yayılıb. Sosial şəbəkələrdə yayılan şəkillərdə Rusiyanın Krasnodar vilayətindən olan 19 yaşlı Vadim Kostenkonun Suriyada həlak olduğu bildirilir. Kostenko iyun ayında həqiqi hərbi xidmətini başa vurub. Amma Vadim Kostenko müqavilə əsasında yenidən hərbi xidmətə qayıdıb. Məlumata görə, Kostenko pilot kimi deyil, hərbi aerodromda texniki xidmət əməkdaşı kimi fəaliyyət göstərib.


Dimitri Peskov – Rusiya prezidentinin mətbuat katibi

Digər bir məlumata görə, əsgərlərdən biri sevdiyi qızla aralarında baş verən münaqişəyə görə intihar edib. Rusiyanın Müdafiə Nazirliyi Xmeymim təyyarə bazasında baş verən intiharı təstiq edib.

Rusiya sentyabrın 30-dan etibarən Suriya ərazisini bombalayır. Hava hücumları Su-24M, Su-30SM, Su-25 və Su-34 daxil olmaqla aviaqrup tərkibində 50 təyyarə və vertolyot var.


Suriyada öldürülən Rusiya həbiçisi

Rusiya Suriya ərazisində terrorçulara qarşı sentyabrın 30-dan başlatdığı əməliyyatlarda Xmeymim hərbi bazasından 934 hərbi uçuş edilib və terrorçuların 819 obyekti dağıdılıb. Həmçinin bir müddət əvvəl yayılan məlumatlarda Rusiyanın Suriyaya dəniz yolu ilə silah-sursat və ərzaq yardımı aparan gəmilərinin sayının 100-dən çox olduğu bildirirdi.


Rusiya hərbiçilərinin ən çox istifadə etdiyi limanlar

Rusiyanın bu qədər silah göndərməsinə baxmayaraq, ölkənin Müdafiə Nazirliyi yerüstü əməliyyatlara başlamaqla bağlı açıqlama verməyib. Amma Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov quru əməliyyatları aparılmadan terrorçulara qalib gəlməyin mümkün olmadığını açıqlayıb.

Rusiya əsgərlərinin Suriya əazisindən ölməsi və mütamadi olaraq orada sosial şəbəkələrdə yayılan videolarda quru əməliyyatların aparıldığı görünür. Yayılan videolarda Rusiyaya məxsus TOS-1A “Solntsepyok” raket qurğularının terrorçuların mövqelərini bombaladığı məlum olur.

Pilot olmayan əsgərlərin ölümü və ağır silahlarla terrorçuların mövqelərinin bombalanması ilə bağlı yayılan videolar Rusiyanın Suriya ərazisində quru əməliyyatlara başladığını sübut edir. Hətta Rusiya Suriyada hərbi əməliyyatlarda muzdlu döyüşçülərdən belə istifadə edir.

Həmçinin oxuyun: Putin rusları qurban verir

mənbə :
anspress

Rusiya ordusu Suriyada itki verdi (VİDEO, FOTO)