27.10.2015 / 20:04 xeber –
“Məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”. Lent.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.
Məlumatda deyilir ki, Ə.İnsanovun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar xidmətdə baxılıb, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərara qəbul edilib və Ə.İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib: “Lakin Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib”.
Nazirlik bildirib ki, təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Ə.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yaymışlar: “Penitensiar xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır”.
mənbə :
lent.az