27.10.2015 / 19:45 xeber –
Mayın 19-da Bakının Binəqədi rayonunda yanan binada bir neçə nəfəri xilas etdiyini deyən Kamran Babayev həbs edilib.
Lent.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən baku.ws-ə verilən məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, təkrar oğurluq) maddəsi ilə axtarışda olan Kamran Uğur oğlu Babayev saxlanılıb.
Saxlanılan şəxs mobil telefon oğurluğunda şübhəli bilinir. K.Babayevin məhkəməsi də olub. Məhkəmənin hökmü ilə onu 3 aya qədər azadlıqdan məhrum ediblər.
Xatırladaq ki, may ayının 19-da Binəqədi rayonu, Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında yanğın olmuşdu. Həmin yanğında Kamran Babayev adlı şəxs 4 nəfəri yanğından xilas etdiyini bildirmişdi. Sonradan araşdırmalar zamanı onun yalan dediyi məlum olmuşdu.
mənbə :
lent.az