İçeriğe geçmek için "Enter"a basın

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edildi - YENİLƏNİB

27-10-2015


27.10.2015 / 18:59 xeber –

Prezident İlham Əliyev Zaur Rafik oğlu Əliyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istiandən məlumatına görə, sərəncama əsasən, Z. R. Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilib.

 

Qeyd edək ki, Zaur Əliyev bu vəzifəyə təyin edilənədək Paşa-Sığorta şirkətinin İdarə Heyəti sədrinin birinci müavini və əməliyyat bölməsinin rəhbəri olub. 

mənbə :
lent.az

İcbari Tibbi Sığorta üzre Dövlet Agentliyine direktor teyin edildi – YENİLƏNİB