İçeriğe geçmek için "Enter"a basın

Xalq artisti nevesi ile – bu gün onun doğum günüdür

24-02-2015


24.02.2015 / 12:02 xeber –

Xalq artisti Səkinə İsmayılova doğum günün qeyd edir. Lent.az-ın məlumatına görə, özəl günün qeyd edən xalq artistini ilk olaraq qızı sosial şəbəkə vasitəsi ilə təbrik edib: “Ad günün mübarək balaca Səkinənin gözəl, cavan nənəsi. Nə yaxşı ki, varsan, anamsan. Can sağlığı, mənalı ömür arzu edirəm. Allah səni başımızdan əskik etməsin. Hər zaman belə təravətli olasan. Sən təkcə mənim anam və Səkinəmin nənəsi olmaqdan savayı, minlərlə insanların sevimlisisən. Bir daha ad günün mübarək”.

 

Qeyd edək ki, Səkinə Qulu qızı İsmayılova 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). 1988-ci ildə əməkdar artist, 1992-ci ilədə isə xalq artisti fəxri adına layiq görülüb. O, muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Prezident mükafatçısıdır. İki dəfə Həcc ziyarətində olub.

 

Mənbə : Lent.az

Xalq artisti nevesi ile – bu gün onun doğum günüdür