İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Ermənistan əməkdaşlıq edəcək

27-10-2015

17:38 xeber – Azərbaycan, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Qırğızıstan MDB ölkələrinin əməkdaşlığı haqqında razılığa gəlib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həmin ölkələr MDB dövlətlərinin kosmik fəaliyyət sahəsində əməkdaşlıqla bağlı 6-cı toplantısının yekunu olaraq saziş imzalayıblar.

Saziş kosmik fəaliyyət sahəsində əməkdaşlıq etməyi nəzərdə tutur. Həmin görüşdə “Birləşmiş kosmik araşdırmalar institutu”nun yaradılması haqqında protokol da imzalanıb.

Bundan başqa, protokolda kosmosun birgə araşdırılması, fövqəladə halların kosmik monitorinqi, kənd təsərrüfatı əhəmiyyətli torpaqlara peyk vasitəsilə nəzarət məsələləri də yer alıb.

Eyni zamanda, MDB dövlətləri keçmiş SSRİ Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan QLONASS (Qlobal Naviqasiya Peyk Sistemi) naviqasiya sisteminə qoşulmaq haqqında da razılıq əldə ediblər.

Bildirilib ki, bunun sayəsində bütün nəqliyyat növlərində yüklərin daşınması ilə bağlı xərclər azalacaq və hərəkətin təhlükəsizliyi artıracaq.


İkinci nəsil QLONASS naviqasiya peyki

MDB dövlətlərinin kosmik fəaliyyət sahəsində əməkdaşlıqla bağlı 6-cı toplantısının yekunu olaraq əldə edilən razılıqlarda bir sıra məsələlər prioritet olaraq qəbul edilib. Həmin prioritetlər MDB-nin bundan sonrakı inkişaf konsepsiyası və 2020-ci ilə qədər iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin reallaşdırılması üzrə tədbirlər planına əsasən müəyyən edilib.

Xatırladaq ki, fövqəladə halların kosmik monitorinqi sisteminin yaradılması oktyabrın 22-də Belarusun paytaxtı Minskdə keçirilən görüşdə müzakirə edilib.

İclasda bir sıra məsələlər müzakirə edilib: fövqəladə halların dövlətlərarası kosmik monitorinqi sisteminin yaradılması, kosmik sahədə çoxşaxəli əməkdaşlıq haqqında razılığın əldə edilməsi, “Birləşmiş kosmik araşdırmalar institutu” adlı beynəlxalq elmi-araşdırma təşkilatının yaradılması və s.


MDB təmsilçiləri protokol imzalayarkən

Rusiyanın Federal Kosmik Agentliyi “Roskosmos”un sədr müavini Sergey Savelyev bildirib ki, bu cür görüşlər MDB dövlətlərinin kosmik sahədə əməkdaşlığının genişlənməsinə və fəaliyyətin effektivliyinin artırılmasına imkan yaradır.

mənbə :
anspress

Azerbaycanla Ermenistan emekdaşlıq edecek