İçeriğe geçmek için "Enter"a basın

Peterburqda ermənilər azərbaycanlını öldürüb, maşınını yandırdılar

27-10-2015


27.10.2015 / 15:34 xeber –

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlının qətli ilə bağlı baş verən hadisənin üstü açılıb.

 

APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, bu ilin sentyabrın 15-də 39 yaşlı Azərbaycan vətəndaşının yoxa çıxması ilə bağlı onun həyat yoldaşı polisə müraciət edib.

 

İstintaq zamanı məlum olub ki, azərbaycanlı öldürülüb. Polis axtarışlara başlayıb və qətli törətməkdə şübhəli bilinən 4 erməni saxlanılıb. Dindirilmə zamanı qətlin milli zəmində törədildiyi müəyyənləşdirilib. Saxlanılan ermənilərin biri Ermənistan, digər üçü Rusiya vətəndaşıdır.

 

Onlar şəhər restoranlarından birində azərbaycanlı ilə aralarında mübahisə yarandıqlarını, daha sonra çölə çıxdıqlarını bildiriblər. Burada onların arasında əlbəyaxa dava düşüb. Ermənilər azərbaycanlını yerə yıxıb təpikləməyə başlayıblar. Onun huşsuz olduğunu görən qatillər Azərbaycan vətəndaşını öz avtomobilinin baqajına qoyub Moskva istiqamətində hərəkət ediblər.

 

Azərbaycanlını baqajdan Moskva şosesinin kənarında çıxaran ermənilərdən biri burada ona 13 bıçaq zərbəsi vurub. Meyiti burada basdıran ermənilər maşına od vurublar.

 

Maraqlıdır ki, həmin ermənilərdən ikisi Sankt-Peterburqdan kənara çıxmamaq şərti ilə azadlığa buraxılıb.

mənbə :
lent.az

Peterburqda ermeniler azerbaycanlını öldürüb, maşınını yandırdılar