İçeriğe geçmek için "Enter"a basın

Polis kapitanı “23 fevral”a göre işden qovulub

24-02-2015


24.02.2015 / 11:15 xeber –

Ukraynanın Xarkov şəhərinin qadın milis əməkdaşı 23 fevralda kişi həmkarlarını təbrik etdiyinə görə işdən qovulub.

 

Lent.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, bu barədə daxili işlər nazirinin sabiq məsləhətçisi Anton Qeraşenko “facebook” səhifəsində yazıb.

Qeraşenko yazıb ki, qadın əməkdaş Rusiyanın milli simvolu hesab edilən “Georgevski lenti”ni Xarkov milis şöbəsinin qapısından asaraq həmkarlarını təbrik edib.

“Amma bu ağılsız qadın anlamayıb ki, onun ölkəsinə bu bəlaları gətirən Rusiyadır. Mən təsəvvürümə belə gətirə bilmirəm ki, hansısa Moskva ətrafı rayonların kimsə Ukrayna milli atributlarını əhatə edən lenti güc strukturlarının kabinetindən assın” – deyə Qeraşenko qeyd edib. 

Mənbə : Lent.az

Polis kapitanı “23 fevral”a göre işden qovulub