İçeriğe geçmek için "Enter"a basın

Bakıda metronun qarşısında adam öldüren şexsden YENİ XƏBƏR

24-02-2015


24.02.2015 / 11:05 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Yasin Hüseynovun cinayət işi üzrə məhkəməyə start verilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 3-nə təyin edilib.

 

Qeyd edək ki, qətl keçən il sentyabrın 26-da Müzəffər Nərimanov küçəsi, 4 ünvanında,  metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib. Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu isə 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə maddəsi) ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mənbə : Lent.az

Bakıda metronun qarşısında adam öldüren şexsden YENİ XƏBƏR