İçeriğe geçmek için "Enter"a basın

"Onlar siyasi təzyiq göstərirlər" - Çingiz Əsgərov

27-10-2015


27.10.2015 / 11:06 xeber –

“Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

 

Ç. Əsgərov qərarların icrası ilə bağlı heç bir problem olmadığını açıqlayıb.

 

Azərbaycanın qərarları icra etməməsi barədə iddialara münasibət bildirən nümayəndə qeyd edib ki, bu, sırf siyasi mövqedir: “Onlar siyasi təzyiq göstərirlər. Bu, hüquqdan uzaq mövqedir”.

 

Azərbaycanın Avropa Məhkəməsinin şikayətlərə baxmaq qaydası ilə bağlı şikayətlərinin olduğunu vurğulayan Ç. Əsgərov “Məhkəmə tərəfindən müəyyən ərizələrə prioritet verilməsi baxımından iradlarımız var. Bu iradlar onlara bildirilib. Demişik ki, bizim mövqeyimiz düzgündür”, – deyə bildirib. 

 

mənbə :
lent.az

"Onlar siyasi tezyiq gösterirler" – Çingiz Əsgerov