10:30 xeber – Şanlıurfadan millət vəkilliyinə müstəqil namizəd olan məşhur müğənni İbrahim Tatlıses namizədliyini geri götürüb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İbrahim Tatlıses namizədliyini geri götürsə də, seçicilərinin maraqlarını qorumağı unutmayıb. Belə ki, öz həmşəhərlilərinə səslənən türk musiqisinin imperatoru seçicilərinin ona səs verməməsini xahiş edib:
“Bildiyiniz kimi, 1 noyabrda keçiriləcək seçkilər üçün Şanlıurfadan müstəqil olaraq irəli sürdüyüm namizədliyimi ölkəmin birlik və bərabərliyi üçün geri çəkmişəm. Lakin mən namizədlikdən geri çəkilməmişdən öncə seçki bülletenləri çap olunduğu üçün, orada mənim adımı da görəcəksiniz. Bülletenlərdə adımın olması sizi çaşdırmasın! 1 Noyabr seçkilərində namizəd deyiləm. Məni namizəd bilib, səs versəniz, səsiniz etibarsız sayılacaq. Lütfən, namizəd olduğumu düşünüb, mənə səs verməyin ki, səsləriniz etibarsız sayılmasın”
İbrahim Tatlısesin “İnstaqram” hesabı
İbrahim Tatlıses bundan öncə keçirilmiş iki parlament seçkisində də namizəd olaraq çıxış edib. 2007-ci ildə qatıldığı seçkidə partiyası lazımi səs çoxluğu əldə edə bilmədiyi üçün məğlub olsa da, 2011-ci ildə seçkidən öncə özü namizədliyini geri götürüb.
2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb “Nurol Plaza”da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb.
mənbə :
anspress