İçeriğe geçmek için "Enter"a basın

Azəri qızı 30 yaşını belə qeyd etdi - FOTO

27-10-2015

10:15 xeber – Türkiyənin sevilib seçilən müğənnilərindən olan Azəri qızı Günel özünə dəbdəbəli ad günü keçirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azəri qızı 30 yaşını təntənəli şəkildə qeyd edib.

Oktyabrın 26-də yubileyi olan Günel ötən gün 30 yaşını 100 qonağı ilə qeyd edib.

Onu dostları, yaxınları və Türkiyədə yaşayıb işləyən azərbaycanlı model Günay Musayevanın da olduğu qrup yalnız buraxmayıb.

Nağara zurna müşayiəti ilə keçirilən ad günü mərasimində müğənni əyləncənin dadını çıxarıb. O, hətta oriyental rəqqasə ilə də rəqs edib.

Günel ad gününə qısa ağ və gümüşü rənglərdən hazırlanan parıltılı geyimi ilə qatılıb.
Sonda isə o musiqi notları ilə bəzədilən tortunu kəsib.

O, ad günü ilə bağlı təssüratlarını İnstagram səhifəsindən də paylaşıb. G.Zeynalova 30 yaşı bitsədə 24 yaşlı gənc kimi göründüyünü, özünü isə 13 yaşında hiss etdiyini deyib.

Xatırladaq ki, Günel Zeynalova 1985-ci ildə Ağdam şəərində anadan olub. Tanınmış türk müğənnisi, türk musiqisinin imperatoru olan İbrahim Tatlısəsin Bakıda verdiyi konsert zamanı ifa etdiyi mahnı ilə onun diqqətini cəlb edib. Bundan sonra Tatlısəs onu özü ilə birlikdə Türkiyəyə aparıb və müğənni kimi formalaşmasında yaxından iştirak edib.

Günel özü ilə tanışlıqları haqqında xatirələrində belə deyib: 1998-ci ildə İ.Tatlısəsin Azərbaycanda konsertinə ailəm ilə birlikdə getmişdik. Ona pərəstiş edirdik. Yeganə məqsədim ondan avtoqraf almaq, qardaşımın onun mahnısını ifa etməsini nümayiş etdirmək idi. Mən o zaman uşaq idim. Səhnənin düz önünə kimi gede bildim və “İbo” deyə qışqırdım. O mənim səsimi eşitdi və “nə var? ” deyə sual verdi. Məndə ona mahnı oxumaq istədiyimi dedim. Daha sonra səsimi bəyəndiyi üçün albom hazırlamağı təklif etdi. Bir ay sonra İstanbula getdik.

İbrahim Tatlısəs mənəvi atam kimidir”.

mənbə :
anspress

Azeri qızı 30 yaşını bele qeyd etdi – FOTO