İçeriğe geçmek için "Enter"a basın

Yığma yenə Milli Olimpiya stadionunda top qovacaq

27-10-2015

09:53 xeber – Futbol üzrə Azərbaycan milli komandasının Moldova ilə keçirəcəyi yoldaşlıq oyununun keçirilmə tarixi və matçın baş tutacağı arenanın adı açıqlanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan – Moldova matçı noyabr ayının 17-də keçiriləcək. Matç “Milli Olimpiya Stadionu”nda baş tutacaq. Yoldaşlıq oyununun start fiti saat 21:00 səslənəcək.

AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyunda olduğu kimi, bu dəfə də millimiz Milli Olimpiya Stadionunda top qovacaq. Oyun şotlandiyalı hakimlər briqadası tərəfindən idarə edilib. Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Azərbaycan – İtaliya oyunu

mənbə :
anspress

Yığma yene Milli Olimpiya stadionunda top qovacaq