İçeriğe geçmek için "Enter"a basın

Diqqət! Qırmızı ət xərçəngə səbəb olur

27-10-2015

07:59 xeber – “Ümumdünya Səhiyyə Təşkilatı” (WHO) emal olunmuş ətin xərçəngə və qan-damar sisteminin tutulmasına səbəb olduğunu bildirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, təşkilat ekspertləri, əsasən, hisə verilmiş və qaxac edilmiş donuz əti, həmçinin, kolbasa və sosisləri bu qəbildən olan ət məhsulları siyahısında aid ediblər. Sözügedən ərzaqlar insan həyatı üçün olduqca təhlükəli məhsullar hesab olunur. Ekspertlər bu məhsulları arsen, alkoqol, siqaret və asbest maddələri ilə müqayisə ediblər. Siyahıda risk daşıyan qrup arasında ikinci yerdə qırmızı ət – mal əti, qoyun əti və donuz əti qeyd olunur. Lakin quş əti risk qrupuna aid edilmir.

“Ümumdünya Səhiyyə Təşkilatının məruzəsi çoxsaylı dəlillərə əsaslanır. Onlar son dərəcə dəqiqliklə əldə olunan məlumatları araşdırıblar. Qeyd etmək lazımdır ki, yekun nəticə, həqiqətən də, ürəkaçan deyil. Görünür, qırmızı ət insanda bilavasitə müxtəlif formalı xərçəngin yaranmasına səbəb olur.” – deyə Dietoloq Linda Conson bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məruzəsində qeyd olunur ki, insanın gün ərzində 50 qram qırmızı ət məhsulu yeməsi bağırsaq xərçəngi riskini 18 faiz artırır.

mənbə :
anspress

Diqqet! Qırmızı et xerçenge sebeb olur