İçeriğe geçmek için "Enter"a basın

Bakıda qadın sürücü zəncirvari qəzaya səbəb oldu

27-10-2015

05:57 xeber – Bakının Səbail rayonu ərazisində yol nəqliyyat hasdisəsi baş verib. Azadlıq.az xəbər verir ki, anspress-in məlujmatına görə, Dövlət Bayrağı meydanının yaxınlığında qeydə alınan hadisə zamanı 3 avtomobildən biri aşıb. Yolun Bibiheybət istiqamatətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Viktor Pavlovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə çırpılıb. Nəticədə “Mitsubishi” aşıb.

Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn “Hyundai” markalı digər avtomobil isə qəzaya uğramış avtomobillərə çırpılıb. Sürücü Elşən Mustafayev idarəetməni itirib və avtomaşını yol kənarındakı yaşayış evinin divarına vurub.

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıb. İlkin ehtimala görə, qəzaya “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, “Mitsubishi” markalı avtomobilin sürücüsüsnün sürət həddini aşdığı, digər “Hyundai” markalı minik maşınının sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

mənbə :
anspress

Bakıda qadın sürücü zencirvari qezaya sebeb oldu