İçeriğe geçmek için "Enter"a basın

Avrasiya İqtisadi İttifaqına üzv olmaq bizə nə verir

27-10-2015

05:09 xeber – Azərbaycanın Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinə daxil olması məsələsi yendən gündəmdədir.

Bu dəfə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda səfərdə olan rusiyalı jurnalistlərlə görüşdə bu bəyanatı səsləndirib. Hazırda rublun öz dəyərini itirdiyi bir dövrdə Azərbaycanın Rusiyanın rəhbərlik etdiyi bir quruma üzvlüyü nə verəcək.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olmaq imkanını istisna etmir. “RİA-Novostinin” məlumatına görə, İqtisadiyyat və sənayə nazirinin müavini Sevinc Həsənova bildirib ki, biz Azərbaycana fayda gətirəcək ittifaqlarda iştirak edə bilərik. Bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır.

Politoloqların qənaətincə Ermənistanı çıxmaq şərtilə Azərbaycanın qonşu dövlətlərin hamısı ilə iqtisadi əlaqələri sınaqdan çıxıb.

Politoloq Tofiq Abbasov hesab edir ki, tələskənliyə yol verilməməlidir, monitorinqlər davam etdirilməli, səmərəli iqtisadi əlaqələrə üstünlük verməlidir. İlk növbədə çoğrafi baxımından bizə yaxın olan iqtisadi bolklar Azərbaycan üçün əlverişilidir:

“Hazırda Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətlərlə Azərbaycan son 10 illiklər ərzində az-çox sıx, taraz iqtisadi əlaqləri var idi. Biz əvvəl bir ittifaqın tərkibində idik, partynor kimi bir-birimizə bələdik. Hələ kifayət qədər Azərbaycanın vaxtı var ki, son sözünü desin. Hansı iqtisadi blokla öz gələcəyini əlaqələndirəcək”.

İqtisadçı ekspert Oqtay Haqverdiyev isə düşünür ki, Azərbaycanın əsas ixrac bazarı Avropa ölkələrilə olduğu üçün Avrasiya İttifaqına üzvlük iqtisadi effekt verməyəcək. Çünki Azərbaycanın bu ittifaq ölkələri ilə ticarət dövriyyəsi 10 faiz civarındadır:

“Azərbaycanın iqtisadi strukturu onlarla o qədərdə bağlılığı yoxdur. Azərbaycanın bazarı əsasən Avropa ilə bağlıdı”.

Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov da “Sputnik” agentliyinə müsahibəsində Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istisna etməmişdi. MDB dövlət başçılarının son iclasında isə vahid valyutaya keçid məsələsi gündəmə gəlmişdi.

Avrasiya İqtisadi İttifaqı Beynəlxalq Gömrük İttifaqı və Vahid iqtisadi məkan bazasında yaradılan və cari ilin yanvar ayının 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir.

Hazırda Avrasiya İqtisadi İttifaqının üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

mənbə :
anspress

Avrasiya İqtisadi İttifaqına üzv olmaq bize ne verir