İçeriğe geçmek için "Enter"a basın

Kolumbiyada üsyançıların hücumu: 11 hərbçi öldü

27-10-2015


27.10.2015 / 04:49 xeber –

Kolumbiyada “Milli Azadlıq Ordusu” (ELN) üsyançılarının hücumu nəticəsində hökumət qüvvələrinin 11 hərbçisi həlak olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kolumbiyanın müdafiə naziri Luis Karlos Vilyeqas bəyan edib.

 

Onun sözlərinə görə, daha 3 əsgər yaralanıb, 2-si isə itkin düşüb.

 

El Tiempo portalının xəbərinə görə, hücum hərbçilərin patrul xidməti həyata keçirdikləri zaman baş verib.

 

Qeyd edək ki, “Milli Azadlıq Ordusu” “Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra sayca ən iri üsyançı qruplaşmasıdır. Hər iki qruplaşma ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınıb.

mənbə :
lent.az

Kolumbiyada üsyançıların hücumu: 11 herbçi öldü