İçeriğe geçmek için "Enter"a basın

Bakıda 3 maşın toqquşdu

24-02-2015


24.02.2015 / 07:22 xeber –

Bakıda zəncirvari yol qəzası baş verib.

Ötən gecə paytaxtın Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın  məlumatına görə, qəza rayonun İnşaatçılar prospektində qeydə alınıb. Adıçəkilən prospektlə hərəkət edən "Toyota" markalı minik avtomobilinin sürücüsü qəflətən idarəetməni itirərək maşını  qarşısındakı "Nissan"a  çırpıb. Zərbənin təsiri nəticəsində həmin  avtomobil yol kənarında dayanan "Toyota Prado" ilə  toqquşub.  Qəza zamanı sürücülər və avtomaşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

Mənbə : Lent.az

Bakıda 3 maşın toqquşdu