İçeriğe geçmek için "Enter"a basın

23 fevral tebrikine göre işden qovuldu

24-02-2015


24.02.2015 / 06:06 xeber –

Xarkov milisinin qadın əməkdaşı fevralın 23-də kişi kollektivini Vətən müdafiəçisi günü münasibətilə təbrik etdiyinə görə işdən qovulub.

 

Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, əmri Xarkov vilayət Daxili İşlər İdarəsinin rəisi Anatoli Dmitriyev imzalayıb. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook-da paylaşıb.

 

"Xarkov milisinin binasında axmaq Georgiyev lenti ilə təbrik yerlışdirən milis kapitanı işdən qovulub", – müşavir yazıb. Onun sözlərinə görə, sənədləşmə zamanı qadın işdən çıxarılmasının səbəbini soruşub və ona səbəb "qeyri-vətənpərvərlik" kimi izah edilib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko fevralın 23-ünü qeyd etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Vətənin müdafiəçisi günü oktyabrın 14-də qeyd edilməlidir.

Mənbə : Lent.az

23 fevral tebrikine göre işden qovuldu