İçeriğe geçmek için "Enter"a basın

Dağıstanda atışma: 3 ölü

24-02-2015


24.02.2015 / 05:53 xeber –

Dağıstanda polis əməkdaşları ilə silahlılar arasında atışma olub.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən məlumatına görə, nəticədə 3 nəfər ölüb.

 

Dağıstan daxili işlər nazirliyinin mətbuat xidməti insidentin yerli vaxtla saat 01:30-da Xasavyurt rayonunun Sulivkent yaşayış məntəqəsində qeydə alındığını bildirib.  

 

Polis əməkdaşları şübhəli avtomobili  saxlayarkən silahlı müqavimətlə üzləşib Atışma nəticədə avtomobildə olan iki silahlı məhv edilib, bir asayiş keşikçisi ölüb, digəri isə yaralanıb. Polislərə atəş açan daha bir şəxsin isə hadisə yerindən qaçmağa müvəffəq olduğu bildirilir.

Mənbə : Lent.az

Dağıstanda atışma: 3 ölü