İçeriğe geçmek için "Enter"a basın

Bakıda yaralı piyadanı xəstəxanaya YPX əməkdaşları çatdırdı - FOTO

01-03-2020

[r32]

1 Mart, 2020  00:46 xeber – Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.

Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər – YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğluSəfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda polis hadisəni törədən sürücünü axtarır.

Ramin Şahbazov 



mənbə :
Report.az

Bakida yarali piyadani xestexanaya YPX emekdaslari catdirdi – FOTO