İçeriğe geçmek için "Enter"a basın

Rafiz Həsənov finalda, Rafael Ağayev lisenziya qazana bilmədi

28-02-2020

[r32]

28 Fevral, 2020  20:55 xeber – Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

“Report” xəbər verir ki, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

67 kq-da yarışan Rafiz Həsənov adını fnala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək, həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.



mənbə :
Report.az

Rafiz Hesenov finalda, Rafael Agayev lisenziya qazana bilmedi