İçeriğe geçmek için "Enter"a basın

Tbilisidə baş verən yanğın lokallaşdırıldı - YENİLƏNİB

28-02-2020

[r32]

28 Fevral, 2020  20:45 xeber – Tbilisidəki Mtatsminda dağının ətəyində baş verən yanğın lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən cəlb olunub. Alovun Mtatsminda parkının ərazisinə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınsöndürən briqada gecə ərzində yanğın zonasına nəzarət edəcək. 


***19:36

Tbilisinin mərkəzində Mtatsminda dağının ətəyində yanğın başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın iki ocaqda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.



mənbə :
Report.az

Tbiliside bas veren yangin lokallasdirildi