İçeriğe geçmek için "Enter"a basın

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - VİDEO

28-02-2020

[r32]

28 Fevral, 2020  18:45 xeber – “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.



mənbə :
Report.az

Naxcivan Qarnizonu Qosunlarinda kompleks mesq kecirilib