İçeriğe geçmek için "Enter"a basın

Daha iki seçki məntəqəsində nəticələr etibarsız sayıldı

23-02-2020

[r32]

23 Fevral, 2020  20:11 xeber – Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

“Report”un məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova qeyd edib ki, araşdırmalar zamanı qeyd olunan pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. 

Təklif səsə qoyularaq qəbul olunub.



mənbə :
Report.az

Daha iki secki menteqesinde neticeler etibarsiz sayildi