İçeriğe geçmek için "Enter"a basın

MSK daha 2 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

23-02-2020

[r32]

23 Fevral, 2020  19:31 xeber – Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

“Report”un məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova qeyd edib ki, araşdırmalar zamanı pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.

mənbə :
Report.az

MSK daha 2 secki menteqesinde sesvermenin neticelerini legv etdi