İçeriğe geçmek için "Enter"a basın

Ukraynada azərbaycanlı namizədlərin seçilmə şansı

25-10-2015

01:44 xeber – Bu gün Ukraynanın paytaxtı Kiyevdə yerli seçkilər keçiriləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu seçkilərə Ukraynadakı Azərbaycan diasporu da qoşulub və iki tanınmış soydaşımızın namizədliyini irəli sürüb.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Kiyev şəhərinə keçiriləcək yerli seçkilərdə ölkədə yaxşı nüfuza malik olan 2 şəxsin – Hikmət Abdullayev və Rasim Hacıyevin namizədliyini irəli sürüb. Hər iki şəxsin namizədliyi UABD-nin toplantısında demokratik şəkildə irəli sürülüb. Namizədlərin seçilmə şansları isə 50-nin 50-yə kimi qiymətləndirilir.


Hikmət Abdullayev

“Əsas məqsədimiz Ukrayna ictimaiyyətinə diasporumuzun vacibliyini və faydalılığını göstərməkdir. Ukrayna cəmiyyəti bilməlidir ki, Azərbaycan diasporu Ukraynanın rifahı üçün böyük işlər görməyə qadirdir. Azərbaycanda da hər bir soydaşımız bilməlidir ki, Ukraynada böyük siyasi qüvvəyə və resursa malik olan intellektual azərbaycanlılar komandası var. Namizədlərimiz cəmiyyətə faydalı ola biləcək işlə özlərini tanıtmalıdırlar”, deyə UABD-dan bildirilib.

UABD-dən bəyan ediblər ki, Ukrayna cəmiyyətində azərbaycanlılara qarşı münasibət həmişə yaxşı olub – hələ Sovet dövründə ölkələrimiz daha yaxın olub və hər iki xalqın nümayəndələri də bir-birinə daha çox hörmət edib: “Bu ənənə bu gün də davam edir. Məhz bu səbəbdən azərbaycanlılar bu ölkədə yaxşı nüfuza malikdirlər, onlar ölkənin həyatında fəal iştirak edirlər. Ukraynada tanınmış azərbaycanlı alimlər, siyasətçilər, mətbuat və TV işçiləri, biznesmenlər çoxdur. Ukrayna xalqı görür ki, onlar da bu ölkənin inkişafı üçün əllərindən gələni edirlər”.


UABD-nin ofisi

Ümumiyyətlə, ermənilərin də güclü diasporunun olduğu Ukraynada azərbaycanlıların nüfuzunun artması, onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təqdirəlayiqdir. İnanırıq ki, hər iki azərbaycanlı namizəd seçiləcək və Ukrayna paytaxtının ictimai-siyasi, sosial-iqtisadi həyatında öz rollarını oynayacaqlar. Bu isə ümumilikdə həmin ölkədə azərbaycanlıların imicini yüksəltməyə və onların yerli cəmiyyətə daha sıx inteqrasiyasına imkan verəcək. Bu səbəbdən də azərbaycanlı namizədlər – Hikmət Abdullayev və Rasim Hacıyevin Kiyev seçicilərinin səsini toplayaraq qalib gəlmələri vacibdir.


Ukrayna xəritədə

mənbə :
anspress

Ukraynada azerbaycanlı namizedlerin seçilme şansı