İçeriğe geçmek için "Enter"a basın

Ebru Gündeş Rza Zərrabdan boşanır - iddia - FOTO

25-10-2015

01:17 xeber – Müğənni Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabdan boşanmaq iddiası yenidən gündəmə gəlib

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həyat yoldaşı Rza Zərrabdan boşanacağı iddia edilən ifaçı, ailə vəkilinin yanından çıxarkən müğənninin barmağında üzüyün olmaması yenidən boşanma xəbərlərini gündəmə gətirib.

Ailə vəkiliylə təxminən yarım saatlıq görüşdən sonra ofisdən çıxan Ebru verilən suallara həmişəki kimi “lazımsız xəbərlərə cavab verəcək vaxtım yoxdur” deyib.


Ebru Gündeş

Son zamanlar E.Gündeş və azərbaycanlı iş adamı R.Zərrabın boşanacağı haqda dedi-qodular medianın gündəmindən düşmür.

Bundan əvvəl də cütlüyün boşanma xəbəri yayılmışdı. Bəzi iddialara görə, Ebru Gündeş boşanmaq istəsə də, həyat yoldaşı onu təhdid edərək bir daha qızını göstərməyəcəyini deyib.

Bəzi xəbərlərdə bildirilir ki, Ebru Gündeşin həddən artıq pul xərcləməsi, konsertlərinə Zərrabın şəxsi təyyarəsi ilə getməsi cütlük arasında narazılığa səbəb olub.

Zərrab dəfələrlə həyat yoldaşına xəbərdarlıq etsə də, Gündeş buna məhəl qoymayıb və onlar arasında narazılıq yaranıb. Lakin bütün bu xəbərlər təsdiqini tapmadı və cütlük bunun şayiə olduğunu dedi.

Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab 1983-cü ildə Bakıda dünyaya gəlib. Əslən Cənubi Azərbaycandan – Təbrizdən olan Zərrabın adı əvvəllər Türkiyədəki azərbaycanlı ifaçı Günel Zeynalova ilə çəkilib.

Lakin sonradan cütlük ayrılıb və Zərrab 2010-cu ildə məşhur ifaçı Ebru Gündeşlə ailə qurub. Cütlüyün Alara adlı qızı var.

mənbə :
anspress

Ebru Gündeş Rza Zerrabdan boşanır – iddia – FOTO