[r32]
21 Fevral, 2020 19:35 xeber – EurekAlert!” elmi informasiya servisi yeni kəşf edilmiş ilbiz növü ilə bağlı məlumat yayıb.
“Report” xəbər verir ki, bruneyli və amerikalı zooloqlar alimlər molyuska isveçli eko-fəal Qreta Tunberqin (“Craspedotropis gretathunbergae”) adını veriblər.
Məlumata görə, bu adı alimlər səsvermə yolu ilə seçiblər, hətta Q.Tunberqdən də icazə alınıb. O da buna yalnız şad olacağını bildirib.
Qeyd edək ki, “Craspedotropis gretathunbergae” ilbizi temperatura xüsusi həssaslığı ilə seçilir.
mənbə :
Report.az