İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın alacağı hərbi təyyarə bu üstünlüklərə malikdir - ARAŞDIRMA

21-02-2020

[r32]

21 Fevral, 2020  17:20 xeber – Azərbaycan İtaliyadan “M-346” təyyarələrinin inteqrasiya sistemini alacaq.

“Report” xəbər verir ki, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın “Leonardo S.p.A” şirkətinin məhsulu olan “M-346” təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur. 

“M-346” təyyarəsini texniki xüsusiyyətlərinə görə, döyüş aviasiya vasitəsi də hesab etmək olar. Belə ki, təyyarənin aşağı hissəsinə silahın inteqrasiya olunması üçün 5 asqı mövcuddur, o cümlədən effektiv hava hədəflərini məhv etmək üçün “hava-hava” raketləri ilə də təchiz edilə bilir. 

Bundan başqa “M-346″nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Təyyarənin praktikliyi baxımından isə əsas üstünlüyü “M-346″nın havada yanacaqla təmin edilməsi imkanının mövcud olmasıdır.



mənbə :
Report.az

Azerbaycanin alacagi herbi teyyare bu ustunluklere malikdir – Arasdırma