[r32]
21 Fevral, 2020 17:20 xeber – Azərbaycan İtaliyadan “M-346” təyyarələrinin inteqrasiya sistemini alacaq.
“Report” xəbər verir ki, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın “Leonardo S.p.A” şirkətinin məhsulu olan “M-346” təlim təyyarəsi öz sinfində ən yaxşılardan biri hesab olunur.
“M-346” təyyarəsini texniki xüsusiyyətlərinə görə, döyüş aviasiya vasitəsi də hesab etmək olar. Belə ki, təyyarənin aşağı hissəsinə silahın inteqrasiya olunması üçün 5 asqı mövcuddur, o cümlədən effektiv hava hədəflərini məhv etmək üçün “hava-hava” raketləri ilə də təchiz edilə bilir.
Bundan başqa “M-346″nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Təyyarənin praktikliyi baxımından isə əsas üstünlüyü “M-346″nın havada yanacaqla təmin edilməsi imkanının mövcud olmasıdır.
mənbə :
Report.az
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib