İçeriğe geçmek için "Enter"a basın

Salyanın 18 yaşlı sakini həmkəndlisini bıçaqladı

24-10-2015


24.10.2015 / 23:50 xeber –

Salyan. Əlibəy  Zeynallı-APA. Salyanda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  hadisə bu gün axşam saatlarında Salyan rayonun Cəngən kəndində baş verib.

 

Cəngən kənd sakini 1997-ci il təvəllüdlü Rufullayev Toğrul Ərəstun oğlu həmkəndlisi, 1995-ci il təvəllüdlü Səfərov Kənan Əlövsət oğlunu  bıçaqlayıb. Sonuncu döş qəfəsinin deşilmiş diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Cərrahiyə şöbəsində əməliyyat olunan yaralı xəstəxananın reanimasya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağırdır.

 

Toğrul Rufullayev saxlanılıb.

 

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

mənbə :
lent.az

Salyanın 18 yaşlı sakini hemkendlisini bıçaqladı