İçeriğe geçmek için "Enter"a basın

Bakıda yol qəzası oldu, ölənlər var

20-02-2020

[r32]

20 Fevral, 2020  23:04 xeber – Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən Qaradağ rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı reklam lövhəsinə çırpılıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



mənbə :
Report.az

Bakida yol qezasi oldu, olenler var