İçeriğe geçmek için "Enter"a basın

"Kəpəz" "Xəzər Lənkəran"a, "İnter" "Rəvan"a qalib gəldi

24-10-2015

21:02 xeber – Azərbaycan Premyer Liqasında IX turun oyunları davam etdirilir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Günün ik oyununda “Kəpəz” “Xəzər Lənkəran”ı qəbul edib. Gəncə klubu evdə lənkəranlılara qalib gəlib. Matçın yeganə qoluna 36-cı dəqiqədə Dario Federiko imza atıb.


“Xəzər Lənkəran” klubu

Günün ikinci matçında isə “İnter” “Rəvan”ı sınağa çəkib. “Bankirlər” doğma meydanda 2:0 hesablı qələbəyə seivinib. Hesabı 32-ci dəqiqədə Yuri Fomenko açıb. 48-ci dəqiqədə isə İlkin Qırtımov fərqlənib.Turun ilk oyununda AZAL “Neftçi”ni 2:1 hesabı ilə yenib. Son iki qarşılaşma sabah baş tutacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, IX tur

24 oktyabr
Kəpəz – Xəzər Lənkəran 1:0
Qol: Dario Federiko, 36.

İnter – Rəvan 2:0
Qollar: Yuri Fomenko, 32. İlkin Qırtımov, 48.

mənbə :
anspress

“Kepez” “Xezer Lenkeran”a, “İnter” “Revan”a qalib geldi