24.10.2015 / 20:22 xeber –
Suriya hərbçiləri Hələb şəhəri yaxınlığında “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri misirli Əbu Süleyman əl-Masrini məhv ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, terrorçu Hələb şəhəri yaxınlığındakı Təl-əlKarsani yaşayış məntəqəsi uğrunda gedən döyüşdə öldürülüb.
“Cəbhə ən-Nüsrə” qruplaşması “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu hesab edilir.
mənbə :
lent.az