İçeriğe geçmek için "Enter"a basın

İdmançımız ermənini məğlub etdi - FOTO

24-10-2015

19:57 xeber – Avropa Taekvondo Birliyi tərəfindən Latviyanın Dauqavpils şəhərində təşkil edilən gənclər arasında Avropa birinciliyi davam edir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 45 ölkədən 448 taekvondoçunun qatıldığı və sayca 20-ci dəfə düzənlənən qitə birinciliyinin ikinci günü Mamed Abdullayevin rəhbərlik etdiyi yığma komandamızın 3 üzvü, adlarını mükafatçılar sırasına yazdırıb.

48 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov erməni rəqibi Harutyun Karbuzyanı 28-04 hesabı ilə məğlub edib. Ukraynalı İlya Qritsyuku (15-8) və ispan Joze İqnakio Trejo Munoz (9-3) üzərində inamlı qələbə qazanan Maqomedov, yarımfinala adlayıb. Yarımfinalda rusiyalı Aleksey Rudniklə gərgin keçən döyüşdə isə minumal hesabla (20-21) məğlub olaraq bürünc medala sahib çıxıb.

Digər oğlan taekvondoçumuz Kamil Abdulrazakov (- 63 kq) yunan Georgios İmvriotisi (15-2), Makedoniya təmsilçisi Kostadin Georgievski (20-4) və danimarkalı Mike Patrik Smit Anderseni (14-2) yarışdan kənarlaşdırıb. Yarımfinala vəsiqə qazanan Abdulrazakovun rəqibi Nikola Curceviç (Serbiya) isə keçilməz olub.

Qızlar arasında millimizi təmsil edən Gülhanım Yeşildal da bürünc medala layiq görülüb. Gülhanım qarşılaşdığı belarsulu idmançı Svitlana Paçabut (7-0), alman Ronda Nat (7-1) və macar Senge Patakfalvya (11-5) şans verməyərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə polşalı idmançı Patrisa Adamkieviç təmsilçimizdən üstün olub.

Qitə birinciliyi 24-25 oktyabr tarixlərində davam edəcək.

mənbə :
anspress

İdmançımız ermenini meğlub etdi – FOTO