İçeriğe geçmek için "Enter"a basın

Vergilər Nazirliyinin işdən çıxarılan baş idarə rəisi istintaqa cəlb olundu -YENİLƏNİB

24-10-2015


24.10.2015 / 19:02 xeber –

O, MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir

Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.

 

APA-nın əldə etdiyi məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.

 

 

 

***

12:54

 

Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə,  Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.

 

Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.

 

mənbə :
lent.az

Vergiler Nazirliyinin işden çıxarılan baş idare reisi istintaqa celb olundu -YENİLƏNİB