İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlılar Rusiya biznesmenlərini oğurladılar

24-10-2015

17:06 xeber – Gürcüstanda iki Rusiya vətəndaşını oğurlayanlar azərbaycanlılar olublar.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iki Rusiya vətəndaşını Rustavi şəhərində əsir götürən cinayətkar qrup üzvləri bu gün polis tərəfindən saxlanılıblar. Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, onlar Rusiya vətəndaşlarını qanunsuz olaraq azadlıqdan məhrum etmək, tamah məqsədi ilə əvvəlcədən planlaşdırılmış cinayət törətməkdə ittiham olunurlar.

Nazirliyin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrupa iki azərbaycanlının da daxil olunduğu müəyyən olunub. Onlardan biri 1976-cı il təvəllüdlü Mübariz, digəri isə, 1984-cü il təvəllüdlü Fariz adlı şəxsdir. Bundan başqa, hadisə ilə bağlı Gürcüstanın da 3 vətəndaşı saxlanılıb.

İttiham edilənlər Gürcüstana toya gələn Rusiyalı biznesmenləri – Üzeyir və Mahiri qabaqcadan planlaşdırdıqları kimi əsir götürərək, qanunsuz olaraq, azadlıqdan məhrum ediblər. Əvəzində isə, küllü miqdarda pul istəyiblər.

Bir neçə gündür axtarışda olanların yeri, nəhayət, bu gün polis tərəfindən məlum olub. Qanunsuz olaraq azadlıqdan məhrum olunanlar azadlığa çıxıblar. Cinayəti törədən qrupun beş üzvi də saxlanılıb. Onların üzərindən 5700 dollar da aşkar olunub. Güman edilir ki, onlar bu pulu biznesmenlərdən alıblar.

Qrup üzvlərinə Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi açılıb.


Hadisənin baş verdiyi məkan – Gürcüstan, Rustavi

mənbə :
anspress

Azerbaycanlılar Rusiya biznesmenlerini oğurladılar